BAKI, 17 iyun — Sputnik. Rusiyada keçirilən dünya çempionatında E qrupunda ilk turun ikinci görüşü keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu görüşdə beşqat dünya çempionları İsveçrə millisi ilə qarşılaşıblar.
Gözlənildiyi kimi, oyun braziliyalıların hücumları ilə başlayıb. 20-ci dəqiqədə Koutinyo effektiv zərbə ilə topu isveçrəlilərin qapısına yönəldib — 1:0. Braziliyalılar hücumlarını davam etdirsələr də ilk yarıda hesab dəyişməyib.
İkinci hissədə isveçrəlilər buraxılmış topun əvəzini çıxmağa nail olublar. 50-ci dəqiqədə künc zərbəsindən ötürülən topu Zuber dəqiq baş zərbəsi ilə qapıya yönəldib — 1:1. Bundan sonra Braziliya yığması var gücü ilə irəli atılaraq qələbə topunu vurmağa cəhd edib. Lakin onlar öz hücumlarını qola çevirə bilməyiblər. Beləliklə, oyun 1:1 hesabı ilə başa çatıb.
Bu qrupda keçirilmiş ilk oyunda Serbiya Kosta-Rikaya 1:0 hesabı ilə qalib gəlib.