RUSİYA

DÇ-2018: Almaniya ənənəni pozmadı

Almaniya ilk görüşdə gözlənilmədən Meksikaya məğlub oldu
Sputnik

BAKI, 17 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında F qrupunda ilk oyun keçirilib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, ilk qarşılaşmada son dünya çempionları Almaniya ilə Meksika üz-üzə gəliblər.

Birinci hissə almanların üstünlüyü ilə keçib. Lakin 35-ci dəqiqədə Losano meksikalıları irəli çıxarıb — 1:0. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissə də almanların böyük üstünlüyü ilə keçib. Lakin onlar hesabı dəyişə bilməyiblər. Beləliklə, Meksika dünya çempionlarını məğlub edib — 1:0.

Beləliklə, son dünya çempionatlarının ənənəsi pozulmadı. Belə ki, dünya çempionları bir qayda olaraq ilk oyunda məğlub olurlar.