İDMAN

Futbol şərhçisi dünya çempionatının favoritlərini açıqladı

Rövşən Binnətli deyir ki, bu dəfəki çempionatın favoritləri kimi ötən dövrlədə uğur qazanmış komandalar yada düşür
Sputnik

Rövşən Binnətli:“Video-hakim turnirin qalibini müəyyənləşdirəcək”
“Rusiyadakı keçiriləcək dünya çempionatının ən maraqlı məqamlarından biri video-hakim sisteminin tətbiq olunmasıdır”. Bunu Sputnik Azərbaycan-a iki gün sonra Rusiyada başlayacaq futbol üzrə dünya çempionatı haqqında fikirlərini açıqlayarkən futbol şərhçisi Rövşən Binnətli deyib.

O bildirib ki, video-hakimin tətbiq olunması turnirin qalibinin müəyyənləşməsində həlledici rol oynayacaq:

“Bu dəfəki çempionatın favoritləri kimi ötən dövrlədə uğur qazanmış komandalar yada düşür. Buna baxmayaraq bütün komadaların yüksək nəticə qazanmaq üçün mübarizə aparacağını düşünürəm. 32 komandanın heç biri 3 oyundan sonra  çempionatı tərk etmək haqqında düşünmür. Bu dəfəki çempionatın ən ucuz komandası Panamadır”. Futbol üzrə dünya çempionatının oyunları 2018-ci il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. Final qarşılaşması Moskva şəhərindəki “Lujniki” stadionunda oynanılacaq.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz