HADİSƏ

Ermənilər azərbaycanlı qızı güllələdilər

Qazax sakini ermənilərin açdığı atəş nəticəsində yaralanıb
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 15 iyun — Sputnik. Ermənilərin açdığı atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Güləma Aqif qızı ayağının topuq nahiyəsindən güllə yarası alıb. Yaralı yaxınları tərəfindən Qazax şəhər Diaqnostika Mərkəzinə çatdırılıb.

Güllə Güləma Ağamalıyevanın topuq nahiyəsinə dəyib

Xəsarət alanın əmisi Əvəz Ağamalıyev Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, hadisə G.Ağamalıyeva öz evlərinin həyətində quzu otararkən baş verib. O, hadisə zamanı 3 güllə səsi eşitdilərini deyib.

Qazax Daqnostika Mərkəzinin həkimi Aişə Əlisgəndərova yaralının sol ayaq pəncəsini dəlib keçən güllə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini, hazırda vəziyyətinin kafi olduğunu bildirib.