İDMAN

Dünya çempionatına görə aclığa başladılar

Məhkəmə bu məktubu nəzərdən keçirməkdən imtina edib və bunun üçün ciddi əsas olmadığını bildirib
Sputnik

BAKI, 14 iyun — Sputnik. Argentinanın Puerto-Madrin şəhərinin həbsxanasındakı məhkumlar aclıq aksiyasına başlayıblar. Sputnik Azərbaycan “Istore”yə istinadla xəbər verir ki, məhkumlar futbol üzrə dünya çempionatının oyunlarına baxmaq üçün onlara şərait yaradılmasına nail olmağa çalışırlar.

Dərgi yazır ki, məhbuslar son 3 günü işləməyən televiziya kabelini təmir etməyi tələb ediblər: “Kabel televiziyası azadlıqdan məhrum edilən hər bir şəxsin əvəzedilməz haqqıdır. Biz qərar gəlmişik ki, bu problem həll edilməyənə qədər qida qəbulundan imtina edək” – deyə məhbuslar yazdıqları məktubda bildiriblər.

Amma məhkəmə bu məktubu nəzərdən keçirməkdən imtina edib və bunun üçün ciddi əsas olmadığını bildirib.

Qeyd edək ki, dünya çempionatı bu gün Rusiya və Səudiyyə Ərəbistanı arasında oyunla başlayır. Argentina millisi qrup mərhələsində İslandiya, Xorvatiya və Nigeriya milliləriylə oynayacaq.