Rusiya Elm və Mədəniyyət Mərkəzləri (REMM) yay ərzində Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatı ilə bağlı tədbirlər keçirir. Beləliklə, dünyadakı otuz səkkiz REMM-də FIFA-2018 futbol üzrə Dünya Çempionatına ev sahibliyi edən Rusiya Federasiyasına həsr olunmuş foto sərgilər keçiriləcək.
Sputnik Azərbaycan RİMM-in təklifi ilə aksiyanın Bakıdakı həmtəşkilatçılarından biridir. Bakıdakı RİMM-in meydançasında Rusiyanın on bir şəhərində DÇ-2018-ə hazırlıqları əks etdirən fotosərginin təqdimatı keçirilib.
Ekspozisiyanın təntənəli açılış mərasimində RF-nın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev, "Rossotrudniçestva"nın Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Aleksandr Kalamin, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə iştirak edib.