CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyevdən iki yeni təyinat

Fərid Nuriyev və Elçin Mustafayev Bakı Nəqliyyat Agentliyi İdarə Heyəti sədrinin müavinləri təyin ediliblər
Sputnik

BAKI, 13 iyun — Sputnik. Bakı Nəqliyyat Agentliyi İdarə Heyəti sədrinə müavinlər təyin edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Fərid Nuriyev və Elçin Mustafayev Bakı Nəqliyyat Agentliyi İdarə Heyəti sədrinin müavinləri təyin ediliblər.