BAKI, 13 iyun — Sputnik. Futbol üzrə Səudiyyə Ərəbistanı yığması dünya çempionatı çərçivəsində Rusiya ilə oyunda iştirak üçün Moskvaya gəlib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Vnukovo hava limanının mətbuat xidməti məlumat yayıb.
Səudiyyəli futbolçular Moskvaya Sankt-Peterburq şəhərindən gəliblər. Çempionat zamanı onların bazası məhz Sankt-Peterburqda olacaq.
Qeyd edək ki, Rusiyada keçiriləcək dünya çempionatının açılış oyunu iyunun 14-də Moskvadakı məşhur "Lujniki" stadionunda keçiriləcək. Görüşdə Rusiya və Səudiyyə Ərəbistanı yığmaları qarşılaşacaqlar. Oyunu argentinalı Nestor Pitanaın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Rusiya və Səudiyyə Ərəbistanı milliləri dünya çempionatında A qrupunda yarışacaqlar. Bu qrupda onlardan başqa Uruqvay və Misir yığmaları da var.