CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Güclü leysan Tovuzda çox pis fəsadlar törədib - FOTOLAR

Kənd təsərrüfatına ziyan dəyib, yaşayış yerləri və ticarət obyektlərinin zirzəmilərinə su dolub
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 10 iyun — Sputnik. Bu gün səhər saat 5 radələrində qərb rayonlarında küləklə müşahidə olunan güclü yağış bir sıra fəsadlar yaradıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Tovuz rayonunda müşahidə edilən  güclü leysan kənd təsərrüfatına, fərdi evlərə ziyan vurub.

İki saata yaxın davam edən güclü yağış qərb rayonlarında, əsasən də Tovuzda bır sıra fəsadlar yaradıb. Təbiət hadisəsi kənd təsərrüfatı sahələrinə, xüsusilə də taxıl sahələrinə ciddi ziyan vurub. Rayon mərkəzinə elektrik enerjisinin verilməsi dayandırılıb. Bəzi yaşayış yerləri və ticarət obyektlərinin zirzəmilərinə su dolub.

1 / 3
Güclü yağışlar dəmiryolu nəqliyyatında da bəzi fəsadlar törədib
2 / 3
Su ilə dolmuş yeraltı piyada keçidi
3 / 3
Tovuzda yağan güclü leysan yağışları taxıl zəmilərinə də ciddi ziyan vurub

Bundan başqa, rayon mərkəzində iki yeraltı keçidi su basıb. Bu keçidlərdən biri avtomobillərin, digəri isə sərnişinlərin hərəkətini təmin edir. Akif Əsgərova məxsus "Mercedes" markalı avtomobil isə keçiddə batıb.

Rayon fövqəladə hallar komissiyasının sədri Mübariz Məmmədovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, 7 ünvanda subasma haqda məlumat daxil olub. Onlardan 5-i  yaşayış evidir. Hazırda aidiyyatı qurumlar tərəfindən təbii fəlakətin aradan qaldırılması istiqamətində təbirlər görülür. Piyada  və maşın keçidində sudan təmizləmə işləri aparılır.