İDMAN

Madrid "Real"ı ilə bağlı növbəti şok xəbər: Kriştianu Ronaldo...

Ulduz futbolçunun seçiminin İngiltərə, İtaliya, Fransa komandalarından biri olacağı gözlənilir
Sputnik

BAKI, 7 iyun — Sputnik. Zinəddin Zidan "Real"dan ayrılandan sonra ikinci şok xəbər Kriştianu Ronaldunun komandadan gedəcəyi xəbəri olub.

Sputnik AzərbaycanTürkiyə mediasına istinadən xəbər verir ki, ulduz futbolçu da Madrid klubundan ayrılacağı gözlənilir. Səbəb isə klubun direktorunun ona verdiyi sözləri reallaşdırmaması göstərilir. Hətta yaxın günlərdə dünyanın bir nömrəli futbolçusunun yeni mövsüm üçün klub axtarışına çıxacağı və seçiminin İngiltərə, İtaliya, Fransa komandalarından biri olacağı gözlənilir.