BAKI, 7 iyun — Sputnik. Almaniyanın "Bavariya" klubu hücumçusu Robert Levandovskini buraxmaq niyyətində deyil.
Sputnik Azərbaycan-ın "sports.ru"-ya istinadən məlumatına görə, klub rəhbərliyi futbolçunun agenti Pini Zahaviyə bildirib ki, futbolçu 200 milyon avrodan aşağı qiymətə satılmır.
Levandovski özü isə "Real"-a keçmək istəyir. Futbolçuya, həmçinin "Çelsi", "PSJ" və digər klublar da maraq göstərir.
Qeyd edək ki, Zahavi daha əvvəl 29 yaşlı futbolçunun yayda "Bavariya"nı tərk etmək niyyətində olduğunu açıqlayıb.