İstefada olan zabit, Qarabağ müharibəsi veteranı, hazırda isə Goranboy rayonu Borsunlu kənd 2 saylı orta məktəbin hərbi rəhbəri olan Qoşqar müəllim 3 ildir çəkdiyi zəhmət nəticəsində yaşadığı kənddə kol-kos basmış bataqlıq ərazini təmizləyərək gülüstana çevirib. O, 10 sotluq ərazidə kiçik park salıb.
Qoşqar Qarayev Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində bu işin onun uşaqlıq arzusu olduğunu deyib, həmçinin belə bir arzunun yaranma səbəbindən danışıb.