İlham Əliyev daha bir rayonun rəhbərini işdən azad etdi

Dövlət başçısı icra hakimiyyəti başçısını vəzifədən azad edib
Sputnik

BAKI, 6 iyun — Sputnik. Prezident İlham Əliyev daha bir rayonun icra başçısını işdən çıxarıb. Sputnik Azərbaycan bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq Raqub Allahverdi oğlu Məmmədovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsinə qərar verib.