SƏHİYYƏ

Xaricdən Azərbaycana ölü donorun və hissələrinin gətirilməsinə icazə veriləcək

Proses müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçiriləcək
Sputnik

BAKI, 5 iyun — Sputnik. "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Qanuna yeni 11-1-ci maddənin (Ölü donorun və hissələrinin xaricdən gətirilməsi və xaricə göndərilməsi) əlavə olunması təklif edilir.

On səkkiz yaşına çatmayanlara bunu etmək qadağan olundu

Sputnik Azərbaycan-ın məlumatına görə, qanuna əlavə edilən yeni 11-1-ci maddəyə əsasən, ölü donorun və hissələrinin transplantasiya, tədris və elmi məqsədlərlə xarici ölkələrdən gətirilməsi və ya xaricə göndərilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Digər bir dəyişikliklə "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna yeni 5-3-cü maddənin (Canlı donorun məlumatlandırılma şərti) əlavə olunması da təklif olunur.

Yeni maddəyə əsasən, canlı donor nəzərdə tutulan cərrahiyyə əməliyyatı ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır və bu barədə yazılı razılığını bildirməlidir.

Canlı donor evlidirsə, birlikdə yaşadığı həyat yoldaşının donorluq barədə xəbərinin və yazılı razılığının olması zəruridir.