İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 4 iyun — Sputnik. Şəmkir və Samux rayonlarında iki nəfər suda boğulub.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, Samux rayonunun Çobanabdallı kənd sakini, 24 yaşlı Ceyhun Zaməddin oğlu Allahverdiyev su kanalında batıb. Onun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıcları tərəfindən aşkarlanaraq, sudan çıxarılıb.
Digər faciə isə Şəmkir rayonunun Düz Cırdaxan kəndində baş verib. Kənd sakini, 2000-ci il təvəllüdlü Süleymanov Kamil Məhəmməd oğlu yaradılan süni göldə çimərkən batıb. Onun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən çıxarılıb.
Hər iki faktla bağlı araşdırmalara başlanılıb.