İDMAN

Müsəlman dünyası Messiyə qarşı: "Şəkillərini və futbol köynəyini yandıracağıq"

Fələstinin Ramallah şəhərində Argentina yığmasının İsrail yığması ilə yoldaşlıq matçından imtinası tələbi ilə etiraz nümayişi təşkil edilib
Sputnik

BAKI, 4 iyun — Sputnik. Fələstin Futbol Federasiyasının sədri, Fələstin xüsusi xidmətlərinin sabiq rəhbəri Cibril Rəcub argentinalı futbolçu Lionel Messini İsraillə matçı boykot etməyə çağırıb. "Biz Argentina Futbol Federasiyasına qarşı kampaniya başlatmışıq. Messinin ərəb və müsəlman ölkələrində çoxmilyonlu azarkeşləri var. Biz onun bütün müsəlman azarkeşlərindən xahiş edirik ki, əgər bu oyunda oynasa, Messinin futbol köynəklərini, şəkillərini və ona aid digər şeyləri yandırmaqla onu boykot etsinlər" — deyə Rəcub bildirib.

Messiyə 8848 metrlik hədiyyə - FOTO

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Rəcub Fələstin tərəfinin çağırışlarını eşitmədən İsrailə gedəcəyi təqdirdə, "Barselona"nın və Argentina yığmasının hücumçüsü olan Lionel Messinin plakatlarını və ona aid futbol köynəklərini yandıracaqlarını bildirib.

Bazar günü Rəcub Ramallah şəhərində Argentina yığmasının İsrail yığması ilə yoldaşlıq matçından imtinası tələbi ilə etiraz nümayişi təşkil edib. Fələstin Futbol Federasiyasının rəhbəri oyunun Qüdsdəki futbol meydançasında keçiriləcəyindən təsirlənərək bu addımı atıb.

İsraillə Argentinanın yoldaşlıq görüşü iyunun 9-da Qüdsdəki "Teddi" stadionunda olacaq. Messinin bu oyunda meydançaya çıxacağı gözlənilir.

"Barselona" və Messi ilk dəfə deyil ki, Fələstin-İsrail qarşıdurması ilə bağlı belə nataraz vəziyyətə düşür. Messinin adı hələ 2014-cü ildə İsrailə Fələstinə qarşı müharibə aparmaq üçün 10 milyon avro vəsait ayırması ilə internetdəki axtarış sistemlərinə düşüb.

Messi fələstinli uşaqların qətlə yetirilməsinə pul ayırmaqda günahlandırılıb. İnternetdə yayılan məlumatlara inansaq, Messi dəfələrlə başında yəhudi papağı (kip, yermolka) ilə sinaqoqda dua edib. O, özü isə İsrail mediasına açıqlamasında nənəsinin yəhudi olduğunu deyib.