HADİSƏ

Binəqədi rayonunda insanlığa sığmayan olay

Xocahəsən sakinləri zibil qutusunda dəhşətli tapıntıya rast gəliblər
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 4 iyun — Sputnik. Paytaxtın Binəqədi rayonu, Xocahəsən qəsəbəsinin sakinləri zibil qabında dəhşətli bir tapıntıya rast gəliblər. Binəqədi Rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məişət tullantıları zibilliyində qutunun içində yeni doğulmuş qız uşağının cəsədi tapılıb.

Şamaxıda qaynar mürəbbə körpənin üzərinə dağlıdı

Məlum olub ki, qız 7 aylıq, yarımçıq doğulub. O, doğularkən sağ olub. Ölüm sonra baş verib. Hüquq mühafizəçiləri hazırda uşağın kim tərəfindən dünyaya gətirildiyi, öldürüldüyü və zibil qutusuna atıldığını müəyyən etməyə çalışırlar.

Qeyd edək ki, Azərbaycanda selektiv abortlar nəticəsində oğlan uşaqlarının sayı nəzərəçarpacaq dərəcədə artıb. Statistik məlumatlara görə, oğlanların sayı qızlarla müqayisədə 4-5% artıb. Parlament üzvlərinin fikrincə, bu, çox ciddi problemdir. Beş il əvvəl bu göstərici 1% təşkil edirdi.