CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqətli olun, qızıl və pullarınızı hər an apara bilərlər

Mənzil sahibləri heç cür başa düşmürlər ki, oğru onların evlərinə necə daxil olub
Sputnik

BAKI, 4 iyun — Sputnik. Bakının Binəqədi rayonundakı mənzillərin birindən külli miqdarda pul və qəzəl-zinət əşyası oğurlanıb. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

RPİ-nin 7-ci bölməsinə 1985-ci il təvəllüdlü şəhər sakini Fərid Rəhimov ərizə ilə müraciət edib. Zərərçəkmişin sözlərinə görə, onun mənzilindən 15 min 600 manat pul və 6 min manat dəyərində qızıl-zinət əşyaları müəmmalı şəkildə yoxa çıxıb. Hazırda hüquq mühafizəçiləri oğurluq faktı ilə bağlı araşdırma aparır.

Bir milyon dollarlıq oğurluq edən azərbaycanlılar ələ keçdilər

Paytaxtın Sabunçu rayonundakı mənzillərin birindən isə 7 manat pul aparılıb. Bakıxanov qəsəbəsinin sakini, 1957-ci il təvəllüdlü İsgəndər Kərimov Sabunçu RPİ-yə bildirib ki, mayın 25-dən iyunun 2-dək evdə olmayıb. Bu müddət ərzində naməlum şəxs pəncərənin dəmir barmaqlığını kəsərək evə daxil olub. Beləliklə də, külli miqdarda vəsait evdən aparılıb.

Faktla bağlı araşdırma davam edir.

Polis paytaxt sakinlərini ehtiyatlı olmağa, pul və qiymətli əşyaları "gözlənilməz qonaqdan" qorumağa çağırıb. Xatırladaq ki, son aylarda Bakı şəhərində oğurluq faktlarının sayı nəzərəçarpacaq dərəcədə artıb.