BAKI, 3 iyun — Sputnik, Zarina Orucəliyeva. 2018-ci ilin yayında Bakı Nəqliyyat Agentliyi (BNA) avtomobil sahiblərinə 11 istiqamət üzrə maşınlarını paytaxt səkilərində saxlamağı qadağan edəcək. Bu barədə Sputnik Azərbaycan-a BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Ağayev məlumat verib.
Onun sözlərinə görə, tezliklə, məzuniyyətlər mövsümünün başlaması ilə paytaxtın aşağıdakı istiqamətlərində maşını parklamaq mümkün olmayacaq:
Tbilisi prospekti, Bakıxanov və Əbdülvahab Salamzadə küçələri istiqamətində;
Zivərbəy Əhmədbəyov, Cəfər Cabbarlı küçələrində, Azərbaycan prospekti, Bakıxanov və İstoqlaliyyət küçələri istiqamətində;
Həsən Əliyev küçəsində, Tbilisi prospekti, Ceyhun Hacıbəyli küçəsi istiqamətində;
Bakıxanov prospektində, Bakıxanov dairəsinin ətrafında, Ceyhun Hacıbəyli küçəsi istiqamətində;
Füzuli küçəsində, Şəmsi Bədəlbəyli, Səməd Vurğun küçələri, Azərbaycan prospekti istiqamətində;
Səməd Vurğun küçəsində, Bakıxanov və Füzuli küçələri istiqamətində;
Rəşid Behbudov küçəsində, Bakıxanov və Füzuli küçələri istiqamətində;
Azadlıq prospektində, Bakıxanov və Füzuli küçələri istiqamətində;
28 may küçəsində, Puşkin və Yusif Səfərov küçələri istiqamətində;
Üzeyir Hacıbəyov küçəsində, Puşkin və Yusif Səfərov küçələri istiqamətində;
Yusif Səfərov küçəsində, Üzeyir Hacıbəyov küçəsi və Babək prospekti istiqamətində.
Bununla yanaşı, 74 küçənin kəsişməsində pilot layihəsi çərçivəsində yeni yol nişanları qoyulacaq.