BAKI, 3 iyun — Sputnik. Yağıntılarla əlaqədar Kür çayında bulanıqlığın artması səbəbindən Kür təmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıllb. Bu barədə "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.
Onun sözlərinə görə, bununla əlaqədar Şirvan, Salyan, Biləsuvar, Hacıqabul, Sabirabad, Saatlı şəhərlərinə, Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq. Cəbrayıllı qeyd edib ki, bu hal Kür çayında bulanıqlıq səviyyəsi normallaşana qədər davam edəcək.