İDMAN

Nigar Arpadarai: ““Formula 1”-i iyun ayında keçirmək bizim üçün sərfəlidir”

Bakı Şəhər Halqasının PR meneceri Nigar Arpadarai deyir ki, hər iki tərəf maraqlı olacaqsa, yenidən 5 il müddətinə Azərbaycan Qran Prisi keçiriləcək
Sputnik

Nigar Arpadarai: “Qran-Prinin iyun ayında başlayacağı dəqiq bilinmir”
“Biz bu yarışın iyun ayına keçirilməsini istərdik. Çünki həmin ayda bizim üçün “Formula 1” yarışı keçirmək daha sərfəlidir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Bakı Şəhər Halqasının PR meneceri Nigar Arpadarai deyib. 

Nigar Arpadarai bildirib ki, Qran-Prinin iyun ayında başlayacağı hələ ki, dəqiq bilinmir: “Amma keçən il də qeyd etmişdik ki, biz sadəcə 2017-ci ildə yarışın aprel ayına salınması üçün müraciət etmişdik. Çünki Cümhuriyyətin 100 illiyi münasibəti ilə keçiriləcək tədbirlərdən sonra yarışı keçirmək üçün hazırlıqları çatdıra bilməzdik. Daha bir ölkənin “Formula 1”- ə əlavə ediləcəyi məsələsi gündəmdədir. Amma bu ölkənin Azərbaycan ilə heç bir əlaqəsi yoxdur. Son iki ildə Azərbaycan Qran-Prisi o qədər maraqlı keçir ki, həm rəhbərlik, həm də fanatların böyük marağına səbəb olub. Düşünürəm ki, iki Formula 1 yarışından sonra hər iki tərəf maraqlı olacaqsa, yenidən 5 il müddətinə Azərbaycan Qran Prisi keçiriləcək”.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəhbəri Arif Rəhimov Almaniya mətbuatına müsahibəsində Azərbaycan Qran-Prisi barədə danışarkən maraqlı faktlara toxunub. O bildirib ki, Azərbaycan Qran-Prisi yenidən iyun ayında Azərbaycanda keçirilə bilər.