İDMAN

“Müqəddəs yer boş qalmır”, onun da yerinə adam tapdılar

Ümumilikdə Zidanın rəhbərliyi altında klub 9 kubok qazanıb. Bu da son 8 ildə 6 "Real" məşqçisinin qazandığı kubokların sayına bərabərdir
Sputnik

BAKI, 1 iyun — Sputnik. Madridin "Real" klubu istefa verən Zinəddin Zidanın yerinə italyalı Massimiliano Alleqrini gətirə bilər. Bu barədə Sputnik Azərbaycan İspaniyanın "Sport" nəşri yazıb.

Hazırda Alleqri İtaliyanın "Yuventus" klubunun baş məşqçisidir.

Lakin Madrid "Real"-nın digər məşqçi ilə maraqlandığı da bildirilir. Klubun prezidenti "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino ilə görüşür.

Qeyd edək ki, ötən gün Zinəddin Zidan "Real"ın baş məqçisi postundan istefa verib. Ümumilikdə Zidanın rəhbərliyi altında klub 9 kubok qazanıb. Bu da Zidana qədər "Real"ın 6 məşqçisinin son 8 ildə qazandığı kubokların sayına bərabərdir