İDMAN

Dünya futbolunun ən gözlənilməz istefası reallaşdı

Ümumilikdə Zidanın rəhbərliyi altında klub 9 kubok qazanıb. Bu da son 8 ildə 6 "Real" məşqçisinin qazandığı kubokların sayına bərabərdir
Sputnik

BAKI, 31 may — Sputnik. Madridin "Real" klubunun baş məşqçisi Zinəddin Zidan tutduğu vəzifədən gedir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə bu gün keçiriləcək xüsusi mətbuat konfransında elan olunacaq.

45 yaşlı mütəxəssis Madrid komandasını 2015/16-cı il mövsümünün ortasından çalışdırmağa başlayıb və klubla üç dəfə Çempionlar Liqasının qalibi olub.

"Real", həmçinin onun rəhbərliyi altında İspaniya çempionatının, ölkə Super Kubokunun, iki UEFA Superkubokunun, həmçinin iki dəfə klublar arasında dünya çempionatının qalibi olub.

Ümumilikdə, Zidanın rəhbərliyi altında klub 9 kubok qazanıb. Bu da son 8 ildə 6 "Real" məşqçisinin qazandığı kubokların sayına bərabərdir.