Tək rəqəm sevgisi gənc adamı milyonçu etdi

22 yaşlı gənc qalib bu pula avtomobil almağı və investitsiya qoymağı düşünür
Sputnik

BAKI, 30 may — Sputnik. ABŞ-ın Miçiqan ştatının sakini lotereyada iki milyon dollar qazanmasını tək rəqəmlərə olan sevgisi ilə izah edib.

"Mən ani lotereyaları sevirəm və hər zaman tək rəqəmli lotereyalar alıram" — deyə gənc bildirib.

Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, gənc adam lotereyanı su-şərab mağazasında görüb və satıcıdan nömrəsini soruşub.

Qadın "21" dediyi zaman gənc lotereyanı alıb və pozub. Lotereyanın şərtlərinə görə, o bu məbləği hissə-hissə illər ərzində və ya yarısınından vaz keçməklə bir dəfəyə götürə bilər. Gənc ikinci variantı seçərək 1,3 milyon dolları alıb.

22 yaşlı gənc qalib bu pula avtomobil almağı və investitsiya qoymağı düşünür.