BAKI, 30 may — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov yaxın vaxtlarda Şimali Koreyaya səfər edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Şimali Koreyanın ÇTAK agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Sergey Lavrovun səfəri Şimali Koreyadan olan həmkarı Li En Xonun dəvəti əsasında baş tutacaq.
Qeyd edək ki, bu gün Şimali Koreya Əmək Partiyası sədrinin müavini Kim En Çolun Vaşinqtona səfər edəcəyi gözlənilir.
O, ABŞ-da iyunun 12-də keçirilməsi nəzərdə tutulan Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın görüşü ilə bağlı danışıqlar aparacaq. Kim En Çol ABŞ-ın sanksiya tətbiq etdiyi Şimali Koreya rəsmilərindən biridir.