SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropa İttifaqının Komissarı Bakıya gəlir

O, "Qlobal hadisələr fonunda Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin əhəmiyyəti" mövzusunda mühazirə ilə çıxış edəcək
Sputnik

BAKI, 30 may — Sputnik. Avropa İttifaqının büdcə və insan resursları üzrə komissarı Gunter Oettinger bu həftə Azərbaycana səfər edəcək. Bu barədə Sputnik Azərbaycan-a məlumat Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən daxil olub.

Oettinger iyunun 1-də Bakıda "ADA" Universitetində "Qlobal hadisələr fonunda Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin əhəmiyyəti" mövzusunda mühazirə ilə çıxış edəcək.