Ermənistana beynəlxalq arenada daha bir zərbə

Edelstein yetərli çoxluğun əldə olunmayacağın dəqiqləşdiyindən utancverici duruma düşməmək üçün qanun layihəsini gündəlikdən çıxardığı bildirilib
Sputnik

BAKI, 29 may — Sputnik. İsrail–Türkiyə əlaqələrində yaşanan böhranla bağlı parlamentə təqdim olunan "Erməni Soyqırımı" qanun layihəsi yetərli çoxluğun əldə olunmamasının dəqiqləşdiyi üçün gündəlikdən çıxardılıb. Sputnik Türkiyə xəbər verir ki, "Erməni soyqırımı"nın tanınması ilə bağlı qərara ən böyük dəstəyi Knessetin sədri Yuli Edelstein göstərib.

Ancaq Edelstein yetərli çoxluğun əldə olunmayacağın dəqiqləşdiyindən utancverici duruma düşməmək üçün qanun layihəsini gündəlikdən çıxardığı bildirilib.

Borodkin: "İsrail gec-tez rəsmi olaraq "erməni soyqırımı"nı tanıyacaq"

Jerusalem Post nəşri də qeyd edir ki, 1915-ci ildə yaşananları İsraildə "erməni soyqırımı" kimi tanınmasını uzun müddətdir müdafiə edən Edelstein ötən həftə qanun layihəsinin qəbul olunması üçün kampaniya başlatdığını da xatırladıb. 

Bununla əlaqədar "Meretz" partiyasının qadın lideri Tamar Zandberg "Osmanlı İmperiyasında Birinci Dünya Müharibəsi zamanı 1,5 milyon ermənin ölümü ilə nəticələnən hadisələrin "erməni soyqırımı" olaraq tanınması barədə" qərar çərşənbə axşamı səsverməyə çıxarılmalı idi.

Xatırladaq ki, mayın 14-də Birləşmiş Ştatların Təl-Əvivdəki səfirliyi rəsmən Qüdsə köçürülüb. Mərasimdə ABŞ və İsraildən olan nümayəndələr iştirak ediblər. 

Ermənistanda panika: Əhali təhlükəsizlik qüvvələrinə müraciət etdi

Fələstində ABŞ-ın İsraildəki səfirliyini Qüds şəhərinə köçürməsinə etiraz olaraq keçirilən kütləvi aksiyalarda İsrail ordusu ilə baş verən toqquşmalar nəticəsində isə 60 nəfər ölüb, 3000-dən çox insan yaralanıb. Bundan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili terror dövləti adlandıraraq Qəzza zolağında ölənlər üçün ölkəsində üç günlük matəm elan edib. İsrailin Ankaradakı səfiri Eitan Naeh mayın 15-də Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Sputnik Azərbaycan xəbər verir ki, mayın 14-də Qəzza zolağında baş verən hadisələrlə bağlı diplomata etiraz notası təqdim edilib. Türkiyə XİN rəsmiləri, eyni zamanda səfirə Ankaranı tərk edərək İsrailə qayıtmağı və bir müddət ölkəsində qalmağı tövsiyə ediblər. Mayın 16-ı İsrailin Ankaradakı səfiri Eitan Türkiyəni tərk edib.

Bu hadisələrin fonunda Knessetin deputatı İçik Şmuli (Sionist düşərgəsi) "Erməni soyqırımı"nın tanınması məsələsi ilə bağlı qanun layihəsini parlamentə təqdim edib. Analoji qanun layihəsini "Likud" partiyasından Amir Oxan da təqdim edib.

İsrailin turizm naziri Yariv Levi isə ölkə vətəndaşlarını Türkiyəyə getməməyə çağırıb.