İDMAN

Millimizi üçün daha bir sınaq: Sabah hamı Olimpiya stadiona

Azərbaycan-Qırğızıstan yoldaşlıq oyunu Bakı Olimpiya Stadionunda saat 20:00-da start götürəcək
Sputnik

BAKI, 28 may — Sputnik. Mayın 29-da futbol üzrə Azərbaycan və Qırğızıstan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, oyunu Türkiyədən olan hakimlər idarə edəcəklər. Yoldaşlıq oyununun baş hakimi Ali Palabıyık olacaq. Ona həmyerliləri Serkan Olguncan və İbrahim Çağlar Uyarcan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Alper Ulusoy yerinə yetirəcək.

Azərbaycan-Qırğızıstan yoldaşlıq oyunu Bakı Olimpiya Stadionunda saat 20:00-da start götürəcək.

Qeyd edək ki, millimiz Qırğızıstanla oyundan sonra iyunun 5-də Qazaxıstan, iyunun 9-da isə Latviya yığması ilə səfərdə yoldaşlıq oyunu keçirəcək.