Dənizdən 18 milyard dollarlıq xəzinə tapılıb

Avropaya gedən gəmi Karib dənizində batırılıb və üç əsr boyunca suyun altında qalıb
Sputnik

BAKI, 27 may — Sputnik. 2015-ci ildə tapılan xəzinə ilə dolu gəminin üzərində aparılan araşdırma başa çatıb.

Sputnik AzərbaycanSeanews-a istinadən xəbər verir ki, mütəxəssislər onun İspaniya donanmasına aid “San Jose” adlı gəmi olduğunu təsdiqləyiblər.

Məlumata görə, sözügedən gəmi 1708-ci ildə Amerika qitəsindəki xəzinəni Avropaya daşıyarkən Karib dənizində batırılıb və üç əsr boyunca dənizin altında qalıb.

“San Jose”-nin qalıqları arasında tarixin ən böyük xəzinəsi tapılıb. Qızıl və digər əşyalardan ibarət olan xəzinənin hazırkı ümumi dəyərinin 4-18 milyard dollara bərabər olduğu bildirilib.