BAKI, 26 may — Sputnik. 1918-ci il mayın 26-da Tiflisdə Zaqafqaziya Seyminin son iclası keçirilib.
Gürcü heyəti Zaqafqaziyanı vahid dövlətdə birləşdirməyin qeyri-mümkün olduğunu bildirərək federasiyadan çıxdıqlarını elan edib. Azərbaycan heyəti buna etiraz etməyib və Seymin buraxılması, Zaqafqaziya Federativ Respublikasının ləğvi barədə qərar qəbul olunub.
Zaqafqaziya Federasiyasının ömrünün belə qısa olmasının əsas səbəblərindən biri də erməni tərəfinin həm Azərbaycana, həm də Gürcüstana ərazi iddiaları idi. Mayın 26-da Gürcüstanın, iki gün sonra isə Azərbaycan və Ermənistanın müstəqilliyi elan edildi.