İDMAN

Hamı televizor qarşısına, ilin əsas hadisəsi olacaq

“Real” (İspaniya) – “Liverpul” (İngiltərə) finalı bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq
Sputnik

BAKI, 26 may — Sputnik. Bu gün Çempionlar Liqasında finalı keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, Kiyevdəki Olimpiya stadionunda İspaniyanın “Real” klubu ilə İngiltərə “Liverpul”u üz-üzə gələcək.

Qeyd edək ki, “Real” bundan əvvəl 2 il dalbadal Çempionlar Liqasının finalında qələbə çalıb. “Kral klubu” kuboku üçüncü dəfə dalbadal qazanaraq, yeni rekord qırmaq istəyir. Ümumilikdə ÇL finalında 12 dəfə qalib gələn “Real” bu yarışın tarixində ən titullu komandadır.

Лига чемпионов УЕФА

“Liverpul” isə son 11 ildə ilk dəfə ÇL finalına çıxıb. Misirli bombardir Məhəmməd Salahın inanılmaz oyunu nəticəsində finala yüksələn İngiltərə təmsilçisi ümumilikdə 5 dəfə turnirin qalibi olub. Komandanın turnirdə sonuncu qələbəsi 13 il əvvəl qeydə alınıb.

Qeyd edək ki, “Real” (İspaniya) – “Liverpul” (İngiltərə) finalı bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.