CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oğuzda gənc qadın itkin düşüb, ailə axtarışdadır - VİDEO

Məlahət Xəlilova deyir ki, son vaxtlar qızında narahatlıq hiss edib
Sputnik

BAKI, 25 may — Sputnik. Oğuzda 32 yaşlı gəlin evdən qaçıb. Sputnik Azərbaycan Xezerxeber.az-a istinadən bildirir ki, rayonun Səməd Vurğun küçəsi, 14-də yaşayan Gülnaz Abışova 2 gün əvvəl günorta saatlarında evdən çıxıb və geri qayıtmayıb. 11 ildir Seymur Abışovla ailə quran və hazırda 2 övladı olan gəlin evdən dərzinin yanına getmək adı ilə çıxıb.

Gülnaz Abışova

Seymur Abışov ailədə ciddi problem olmadığını deyir və həyat yoldaşının hansı səbəbdən getdiyini bilmir. Gülnaz Abışovanın anası Məlahət Xəlilova deyir ki, son vaxtlar qızında narahatlıq hiss edib. Ancaq o, problemini danışmayıb.

Hadisə ilə bağlı rayon polis şöbəsinə məlumat verilib.