BAKI, 25 may — Sputnik. 28 may — Respublika günü münasibətilə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür. Bu barədə Sputnik Azərbaycan-a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar mayın 29-dan mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan beşi paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.
Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən iki “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.