CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Türk şahinləri” yenidən Bakı səmasında qayıdır

Aviaqrupun səfəri may ayının 28-nə planlaşdırılsa da, sonradan bu iyun ayının 26-na keçirilib
Sputnik

BAKI, 24 may — Sputnik. Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” qrupunun Azərbaycana səfərinin vaxtı dəyişib.

Spurnik Azərbaycan “AzeriDefence”-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən KADEX-2018 sərgisində nümunəvi uçuşlar həyata keçirən “Solo Türk” qrupundan məlumat verilib.

Qəbələ sakini təyyarə düzəldib

Onun sözlərinə görə, aviaqrupun Bakıya səfəri may ayının 28-nə – Azərbaycanın dövlət müstəqilliyinin 100-cü ildönümünə planlaşdırılsa da, sonradan bu iyun ayının 26-na keçirilib.

“Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibəti ilə keçiriləcək tədbirlər çərçivəsində Bakı şəhərinin üzərində uçuş edəcəyik. Qardaş Azərbaycanın pilotları ilə birlikdə, Azərbaycan Ordusunun yüz illiyini qeyd etmək, Bakı səmasında uçmaq bizim üçün də bir tarix və qüruruverici hadisədir”, – deyə qrupdan bildiriblər.

Qeyd edək ki, 21 avqust 2001-ci il tarixində Türkiyə HHQ-nin “Türk Yıldızları” akrotimi (akrobatik qrupu) Bakı səmasında uçuş edib. “Türk Yıldızları” akrotiminin Bakı uçuşları eyni zamanda bir milyondan artıq insanın izlənməsi ilə dünya rekordu hesab edilir.