RUSİYA

Nazir müavini: Bu forum Azərbaycanın iqtisadi inkişafına töhfədir

Sahib Məmmədov:"Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu dünyada baş verən trendlər, iqtisadi inkişaf istiqamətləri, eyni zamanda tətbiq olunan yeni iqtisadi mexanizmlər barədə müzakirələrin aparılması üçün gözəl platformadır".
Sputnik

BAKI, 24 may — Sputnik. "Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu dünyada baş verən trendlər, iqtisadi inkişaf istiqamətləri, eyni zamanda tətbiq olunan yeni iqtisadi mexanizmlər barədə müzakirələrin aparılması üçün gözəl platformadır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu APA-ya Sankt-Peterburqda keçirilən beynəlxalq İqtisadi Forumda Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan hər il bu forumda nümayəndə heyəti ilə təmsil olunur. İqtisadiyyat Nazirliyinin nümayəndələri aparılan müzakirələrdə iştirak edir. Burada İqtisadiyyat sahəsində baş verən yeniliklərlə bağlı informasiyalar əldə olunur. 

Sankt-Peterburqda XXII Beynəlxalq İqtisadi Forumu başlayıb

"İqtisadiyyatın müxtəlif sahələrində tətbiq olunan yeni texnologiyalar barədə keçirilən panellərdə iştirak edirik. Əminəm ki, əldə olunan bu informasiyalar Azərbaycanın iqtisadi inkişafı sahəsində görülən işlərə bir töhfə olacaq" — deyə Məmmədov qeyd edib.

Mayın 23-26 tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində "Peterburq Beynəlxalq İqtisadi Forumu" keçirilir.

Peterburq Beynəlxalq İqtisadi Forumu hakimiyyət orqanları ilə biznes nümayəndələri arasında diologun inkişafına şərait yaradır, iqtisadi münasibətlərin möhkəmlənməsi üçün innovasiyalı yanaşmalar tapmağa kömək edir. Forum 1997-ci ildən təşkil edilir, 2006-ci ildən isə Rusiya Federasiyası Prezidentinin himayəsi altında keçirilir. Forumda dövlət və hökumət başçıları, siyasi liderlər, iri şirkətlərin rəhbərləri, habelə tanınmış ekspertlər və KİV nümayəndələri iştirak edir.