İDMAN

Ulduz futbolçu Kəbədən milyonlara səsləndi - VİDEO

Möhtəşəm bir yerdir, durğularımı sizinlə bölüşə bilmirəm. İnşallah bura gələrsiniz
Sputnik

BAKI, 22 may — Sputnik. İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Pogba (Paul Pogba) Ümrə ziyarətinə gedib. Bu barədə Sputnik AzərbaycanAnadolu agentliyinə istinadən xəbər verir.

Fransız futbolçu Instagram sosial şəbəkəsində Kəbədə çəkdiyi videonu izləyiciləri ilə paylaşaraq yazıb: "Sadəcə buralara gələnlər nələri hiss etdiyimi anlaya bilər. Buranı görməmisinizsə, bir gün mütləq gəlin. Möhtəşəm bir yerdir. Durğularımı sizinlə bölüşə bilmirəm. İnşallah bura gələrsiniz".

 

 

Pogbanın bu paylaşımı izləyiciləri tərəfindən 3,5 milyon dəfə izlənilib, videoya 37 mindən çox şərh gəlib.