İDMAN

İtaliya əfsanəsi Fransaya gedir

Paris təmsilçisi 40 yaşlı qapıçıya ildə 8 milyon avro məvaciblə iki illik müqavilə təklif edir
Sputnik

BAKI, 22 may — Sputnik. İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon "PSJ"-yə keçməyə yaxındır.

Canluici Buffon

Sputnik Azərbaycan bu barədə "Sky Sport Italia"-ya istinadən xəbər verir. Məlumata əsasən, tərəflər razılaşmanın son detallarını dəqiqləşdirir. Müqavilənin imzalanması bağlı xəbər mayın 23-ü elan edilə bilər.

Paris təmsilçisi 40 yaşlı qapıçıya ildə 8 milyon avro məvaciblə iki illik müqavilə təklif edir.