CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda beynəlxalq festivalın bağlanış mərasimi oldu

"George Leuca İMAGİNE" festivalının çox əhəmiyyətli mədəni tədbir olduğunu qeyd edib
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 22 may — Sputnik. Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin təşəbbüsü ilə 2-ci İmagine Avropa Tolerantlıq Festivalının rəsmi bağlanış mərasimi  keçirilib.Sputnik Azərbaycan xəbər verir ki, Avropa İttifaqının Azərbaycan  nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın sözlərinə  görə, keçən il olduğu  kimi bu il də Festival musiqisevərləri çox məmnun edib.

Ölkəmizdə qeyri-adi festival - İlk dəfə

"Biz İMAGİNE Avropa Tolerantlıq Festivalını gələcək nəsil üçün elə adət-ənənə halına çevirmək  istəyirik  ki, bu ənənə Avropa İttifaqı və digər dövlətləri  tolerantlıq və multikuliralizm ideyası  altında birləşdirsin. Festivallar uğur qazandığı üçün bu tədbirin gələn il də baş tutacağına ümid edirik", — K.Yankauskas deyib.

Daha sonra çıxış edən "United Cultures"-in rəhbəri  bildirib ki, 2-17 May tarixlərində baş tutan Festivalda tolerantlıq, multikulturalizm və mədəniyyətlərarası dialoq kimi mövzuları özündə əhatə edən tədbirlərdə 4 min nəfər iştirak edib. Bu ilki festivalın proqramına Aİ-na  üzv olan 16 ölkənin və üzv olmayan 12 ölkənin 37 filminin nümayişi, 3 konsert, rejissor və musiqiçilərin iştirakı ilə 6 masterklass və 6 debatlardan ibarət idi.

Denis Danilids festival  barəsində məlumat verərək bu ilki İMAGİNE festivalının hüdudlarının genişləndiyini bildirib və ilk dəfə olaraq paytaxtdan kənara çıxaraq "Sakit Qəlb" adlı İsrail filminin nümayişini xatırladıb. O vurğulayıb ki, 2-ci İMAGİNE Avropa Tolerantlıq Festivalı İsveçrə, Norveç, Braziliya, Kosta-Rika, Peru, Meksika, İsrail, Moldova, Argentina, ABŞ səfirliklərinin və "United Cultures" təşkilatı ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq çərçivəsində baş tutub.

II İmagine Avropa Tolerantlıq Festivalının rəsmi bağlanış mərasimi

Moldovanın Azərbaycandakı səfiri George Leuca İMAGİNE festivalının çox əhəmiyyətli mədəni tədbir olduğunu qeyd edib: "Moldova da bu festivalda artıq ikinci dəfədir iştirak edirdi. Festivalda Moldovaya məxsus 2 qısa film nümayiş etdirildi. Təbii ki, Azərbaycandan çox adamın bu festivalda iştirakı, bu festivala maraq göstərilməsi vacibdir. Eləcə də festival çərçivəsində mədəniyyətlərin, məlumatların paylaşılması bizim xalqları, xüsusilə gənc adamları bir-birinə daha da yaxınlaşdırır, Azərbaycan və digər ölkələr arasında əlaqələri yaxşılaşdırır".

Səfir eyni zamanda qeyd edib ki, Moldova gələn il də keçiriləcək festivalda iştirak etmək fikrindədir: "Aİ ilə bəzi məsələləri müzakirə edirik. Həmçinin, bu il ərzində Azərbaycanda başqa mədəni tədbirlər də təşkil etməyi nəzərdə tutmuşuq. Moldovanın müstəqillik günü qeyd ediləcək. Bununla bağlı Azərbaycana Moldovadan bəzi incəsənət nümayəndələrinin gətirilməsini planlaşdırırıq. Bu ilin oktyabr ayında Moldovada Azərbaycan ədəbiyyat günləri keçiriləcək".