CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyədə rəzalət: Azərbaycanlı kişi həyat yoldaşını başqa kişilərə satıb

Keçmiş ərinin əlindən qurtulan və iki uşağı ilə ortada qalan qadına bina sakinləri sahib çıxıb
Sputnik

BAKI, 21 may — Sputnik. Türkiyədə azərbaycanlı iş adamı Elmir A. vaxtilə ayrıldığı həyat yoldaşı Sevinc Kərimovanı "yenidən evlənək" deyə aldadaraq evə gətirib və onu başqa kişilərlə cinsi əlaqədə olmağa məcbur etməyə çalışıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, kişi onun təklifi ilə razılaşmayan qadını iki övladının gözü qarşısında saçlarından sürüyərək 11-ci mərtəbədən atmağa cəhd edib.

Keçmiş ərinin əlindən qurtulan və iki uşağı ilə ortada qalan qadına bina sakinləri sahib çıxıb.

Azərbaycanlı iş adamı həbsxana gözətçisinə fahişə, narkotik və içki sifariş verib

Məlumata görə, Sevinclə Elmir 5 il öncə boşanıblar. Türkiyədə yaşayan Elmir bir ay əvvəl həyat yoldaşına "hər şey yaxşı olacaq, uşaqlarıma baxacağam, sizin başınızın üstündə olacağam" deyərək Antalyaya gətirib. Sevinc Kərimovanın sözlərinə görə, həyat yoldaşı əvvəlcə onu fahişəliyə məcbur etməyə çalışıb. Otağının qapısını bağlayan qadın cinsi təcavüzdən xilas olsa da, zorakılıqdan, döyülməkdən xilas ola bilməyib.

Ötən gün Elmir qadını yenidən fahişəliyə məcbur etməyə çalışıb, qadın razılaşmadığı üçün onun saçlarından tutaraq eyvana sürüyüb və 11-ci mərtəbədən atmağa çalışıb.

Məcbur qalan qadın polisə şikayət edib və onun keçmiş həyat yoldaşı barəsində “uzaqlaşdırma” qərarı çıxarılıb. Araşdırma zamanı Elmir A.-nın Türkiyədə başqa bir azərbaycanlı qadınla evli olduğu məlum olub. Haqqında cinayət işi başladılan Elmir A. qadına zəng edərək onu öldürməklə hədələyib.

Kimsəsiz, ortada tək qalan qadına bina sakinləri sahib çıxıb. Onlar öz aralarında pul toplayaraq Sevinc Kərimova və uşaqlarını Azərbaycana göndəriblər.

Sevinc Kərimovanın polisə verdiyi izahata görə, Elmir A.-dan onu döyüb dişini sındırdığı üçün ayrılıb. Elmir buna görə 1 il məhkumluq həyatı da yaşayıb. Bir ay öncə isə Elmir qadını və uşaqlarını yanına çağırıb, onlara yaxşı baxacağını deyib. Amma nəinki onlara baxmayıb, hətta Sevinc Kərimovanın özü ilə gətirdiyi 4 min dollar pulu da ondan alıb: "Evə heç nə almırdı. İki gün öncə telefonda biri ilə danışdı. Mənə də dedi ki, evə qonaq gələcək, gülərüzlə qarşılayarsan. Evə tanımadığım bir adam gətirdi, özü isə getdi. Gələn adam evdə alt paltarı ilə gəzməyə başlayanda mən uşaqlarımı da götürüb otağımıza girdim, qapını bağladım". 

Sevinc Kərimova övladları ilə

Kərimova bildirib ki. Bundan sonra da "əri" tez-tez evə başqa adamlar gətirib və hər dəfə də qadın öz otağına qapanıb. Sonuncu dəfə isə Elmir Sevinci döyərək eyvandan atmağa çalışıb.