ABŞ hücuma keçdi: İranı hər yerdə çökdürəcəyik

ABŞ-ın İranla bağlanan nüvə razılaşmasından çıxmasından sonra bu ölkəyə qarşı əvvəlki sanksiyalarla yanaşı, yeniləri da tətbiq olunacaq
Sputnik

BAKI, 21 may — Sputnik. ABŞ İranın nüvə silahı əldə etməməsi üçün ona qarşı indiyə qədər görülməyən təzyiqlərə əl atacaq. Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo bildirib.

“Biz İran rejiminə görünməmiş maliyyə təzyiqini göstərəcəyik. İran liderlərində bizim ciddiliyimizə heç bir şübhə qalmayacaq" – deyə Pompeo Vaşinqtonda "Heritage Foundation"-da çıxışı zamanı bildirib.

ABŞ-dan yeni sanksiya siyahısı: Bu dəfə hədəf İrandır

O xatırladıb ki, ABŞ-ın İranla bağlanan nüvə razılaşmasından çıxmasından sonra bu ölkəyə qarşı əvvəlki sanksiyalarla yanaşı, yeniləri da tətbiq olunacaq: "Əgər rejim seçdiyi kursunu dəyişməsə sanksiyalar gücləndiriləcək. Buna göz yummaq olmaz. İran bir sıra ölkələrlə bağlanan razılaşmalara baxmayaraq öz seçimini etdi. Nəticədə o tarixdə ən güclü sankisiyalara məruz qalacaq".

Pompeo eyni zamanda vurğulayıb ki, ABŞ bütün dünyada İranın hərbi serverlərini çökdürəcək. Bununla da İranın Yaxın Şərqdə "kart-blanşı" qalmayacaq: "İran Suriya ərazisində olan bütün qoşunlarını çıxarmalıdır. İranı Livan, İraq, Əfqanıstan, Yəmən və digər ölkələrdə müttəfiqlərini dəstəkləməməyə çağırıram".

Pompeo qeyd edib ki, İran nəyinki HƏMAS və "Hizbullah" hərəkatlarını, hətta Yəməndə husilər, həmçinin Əfqanıstanda talibləri dəstəkləyir.

ABŞ-ın yeni dövlət katibinin sözlərinə görə, İranda böyük dəyişikliklər olarsa ölkəsi bütün sanksiyaları aradan qaldırıb, diplomatik və ticarət əlaqələri yenidən bərpa etməyə hazırdır.