Qroznıda fövqəladə hadisə: Kilsəyə hücum edənlər məhv edildilər

Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, 4 terrorçu Arxanqel Mixail pravoslav kilsəsini tutmağa cəhd ediblər
Sputnik

BAKI, 19 may — Sputnik. Çeçenistanın paytaxtı Qroznı şəhərində kilsəyə hücum edilib. Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, hücum edənlərin hamısı öldürülüb.

Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, 4 terrorçu Arxanqel Mixail pravoslav kilsəsini tutmağa cəhd ediblər: "Operativ informasiyaya görə, onlar hücum əmri qərb ökələrindən birindən verilib".

Hücum zamanı kilsəyə gələnlərdən biri və  polis əməkdaşı ölüb. Hücum edən terrorçuların 4-ü də xüsusi əməliyyat zamanı öldürülüb.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 317-ci maddəsi (hüquq-mühafizə orqanları nümayəndəsinin həyatına qəsd) ilə cinayət işi açılıb. Bundan başqa, terrorçuluq maddəsi ilə cinayət işinin açılması nəzərdən keçirilir.