Müsəlman dünyasında Ramazan ayını əks etdirən maraqlı fotolar

Sputnik

BAKI, 17 may — Sputnik. Dünyadakı 2 milyarda yaxın müsəlman üçün müqəddəs Ramazan ayı başlayıb. Mömin müsəlmanlar bir ay müddətində hər gün sübh namazı Fəcrdən (səhər alatoranlığından) başlayaraq axşam Məğrib namazına qədər (gün batana qədər) oruc tutacaqlar.

Ramazan ayı müsəlmanlar üçün son dərəcə vacib aylardan biridir. Bu ayda orucu ciddi şəkildə saxlamaq lazımdır. Oruc tutan insan yeməkdən, içməkdən, siqaretdən uzaq olmalı, günəş batana qədər hər cür zövq və əyləncədən özünü məhrum etməlidir. Belə ciddi orucla inanclı müsəlmanlar imanlarının gücünü nümayiş etdirir, instinkt və ehtiraslarını məhdudlaşdırırlar.

Hesab olunur ki, müsəlmanların müqəddəs kitabı "Quran" məhz Ramazan ayında göndərilib.

Müsəlmanlar Ay təqvimi ilə hərəkət etdiklərindən, Ramazanın başlanma tarixi ildən-ildən dəyişir və müxtəlif vaxtlara düşür. Bu il Ramazan ayı ərəb dünyasında mayın 17-də günəşin doğması ilə başlayıb. Dünyanın müxtəlif ölkələrində Ramazan ayında çəkilmiş maraqlı fotoları diqqətinizə təqdim edirik.

1 / 12
Cənubi Afrikanın Yohannesburq şəhərindəki Nizamiyyə məscidində qadınlar Ramazanın ilk günü dua edərkən
2 / 12
Bağdadda müqəddəs Ramazan ayı axşam saatlarından başlayıb
3 / 12
İranda dini xadim yeni ayın çıxmasına işarə verir
4 / 12
Birləşmiş Ərəb Əmirliklərində müsəlmanlar Ramazan namazını qılmaq üçün Abu Dabidəki Şeyx Zayd məscidinə gedirlər
5 / 12
Müsəlmanlar Ramazanın ilk günü Pakistanda namaz qılırlar
6 / 12
Sarayevo, Bosniya və Hersoqovinada müsəlmanların müqəddəs ayının başladığını müjdələmək üçün kişi topu yükləyir
7 / 12
Ramazan ərəfəsində Əfqanıstanda şirniyyatın hazırlanması. Bu ayda ölkədə şirniyyat satışı bir neçə dəfə artır
8 / 12
İndoneziyada qadınlar Ramazan ayında dua edərkən
9 / 12
Misirdə müqəddəs Ramazan ayı ərəfəsində milli fənərlərin satışı
10 / 12
Nyu-Yorkdakı Eyyub Sultan mədəniyyət mərkəzində qadın Ramazan duası edərkən
11 / 12
Türkiyədə Ramazan ayının ilk iftarı zamanı ənənəvi Osmanlı geyiminin nümayişi
12 / 12
Gənc Fələstinli Ramazan günü Qəzzada benqal şamını yandırarkən