İQTİSADİYYAT

Qonşuda dolların məzənnəsi rekord həddə çatdı

Türkiyədə ABŞ dollarının məzənnəsi 4.39 lirəni keçərək yenidən rekord vurub
Sputnik

BAKI, 15 may — Sputnik. Türkiyədə ABŞ dollarının məzənnəsi 4.39 lirəni keçərək yenidən rekord vurub.

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, dolların məzənnəsi səhər saatlarında 4.3981 lirəyə çataraq rekordu təzələyib.

Avronun məzənnəsi isə bu gün saat 10.27-yə görə 5.2325 lirəyə çatıb.

Lirənin ucuzlaşmasına siyasi sahədə qeyri-müəyyənlik və Orta Şərqdə artan gərginliyin inkişaf edən bazarlar üzərindəki təzyiqinin səbəb olduğu qeyd edilir.