İDMAN

Təcrübəli futbol məşqçisı yığma ilə müqaviləsini artırdı

Löv 2006-cı ildən Almaniya millisinə rəhbərlik edir. Onun rəhbərliyi ilə məşqçi 2014-cü il Dünya Çempionatının və 2017-ci il Konfederasiyalar Kubokunun qalib olub.
Sputnik

BAKI, 15 may — Sputnik. Almaniya millisinin baş məşqçisi Yoaxim Löv 2022-ci ilə qədər öz vəzifəsində qalacaq. Sputnik Azərbaycan xəbər verir ki, məşqçi Almaniya Futbol Federasiyası ilə yeni dörd illik müqavilə imzalayacaq.

Lövlə bərabər köməkçisi Tomas Şnayder və qapıçıların məqçisi Andreas Kepke ilə müqavilə artırılıb.

Qeyd edək ki, Löv 2006-cı ildən Almaniya millisinə rəhbərlik edir. Onun rəhbərliyi ilə məşqçi 2014-cü il Dünya Çempionatının və 2017-ci il Konfederasiyalar Kubokunun qalib olub.