HADİSƏ

Çeçen terrorçunun valideynləri həbs olundu

Terrorçu polislər tərəfindən öldürülüb
Sputnik

BAKI, 13 may — Sputnik. Parisdə dünən gecə insanlara hüçum edən çeçen terrorçunun valideynləri saxlanılıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, 1997-ci ildə Çeçenistanda anadan olmuş şəxs "Allahu Əkbər" qışqırıb və bıçaqla hücum edərək 29 yaşlı Paris sakinini qətlə yetirib, 4 nəfəri isə yaralayıb.

Terrorçu polislər tərəfindən öldürülüb. 

Fransanın daxili işlər naziri Jerar Qolombun bildirdiyinə görə, yaralananların həyatına təhlükə yoxdur.