Sputnik Azərbaycan-ın bölgə müxbiri "Qəhrəmanlar parkı" adlanan həmin parka gedərək F.Əhmədovla həmsöhbət olub. Zəhmətkeş müsahibimiz deyib ki, bu işə 2013-cü ildə, 44 illik əmək fəaliyyətindən təqaüdə çıxarılandan sonra başlayıb.
Zəhmətkeş təqaüdçü qeyd edib ki, hər gün səhər saat 6-da oyanıb parka gəlir, camaat yuxudan qalxanadək 2 ha-dək sahəsi olan ərazini süpürüb təmizləyir, zibilləri atır. Bundan sonra ağacların, kolların budanması, suvarılması ilə məşğul olur.