Şəhərin mərkəzində insanlara hücum edən terrorçunun şəxsiyyəti müəyyən edilib

Paris prokuroru Fransua Molens bildirib ki, polis hadisənin terror məqsədilə həyata keçirildiyini müəyyən edib
Sputnik

BAKI, 13 may — Sputnik. Parisin mərkəzində insanlara hücum edən şəxsin adı müəyyənləşib.

Sputnik Azərbaycan France İnfo-ya istinadən xəbər verir ki, hadisəni Fransa vətəndaşı Həmzət Əzimov törədib. 

"O 1997-ci il noyabrın 1-də Çeçenistanda anadan olub. 2010-cu ildə Fransa vətəndaşlığını alıb" — məlumatda deyilir.

1997-ci ildə Çeçenistanda anadan olmuş şəxs "Allahu Əkbər" qışqırıb və bıçaqla hücum edərək 29 yaşlı Paris sakinini qətlə yetirib, 4 nəfəri isə yaralayıb.

Terrorçu polislər tərəfindən öldürülüb. 

Paris prokuroru Fransua Molens bildirib ki, polis hadisənin terror məqsədilə həyata keçirildiyini müəyyən edib. Hadisəyə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.