İDMAN

Rafael Ağayev növbəti dəfə Avropanın birincisi oldu - VİDEO

Kişilərin kumite yarışlarında 75 kiloqramadək çəki dərəcəsində Azərbaycanı Rafael Ağayev təmsil edib
Sputnik

BAKI, 12 may — Sputnik. Serbiyanın Novi-Sad şəhərində WKF karate üzrə Avropa çempionatı keçirilir.

Kişilərin kumite yarışlarında 75 kiloqramadək çəki dərəcəsində Azərbaycanı təmsil edən beşqat dünya çempionu Rafael Ağayev 5 qələbə qazanaraq çempion olub. O, əvvəlcə litvalı, latviyalı və türk karateçiyə eyni hesabla (1:0) qalib gəlib. Yarımfinalda italiyalı Luici Busu məğlub edən Rafael finalda macarıstanlı idmançıya qalib gələrək 11-ci dəfə Avropa çempionu adını qazanıb.

Ağayev həm də "Bakı 2015" I Avropa Oyunlarının qalibidir.