İDMAN

Müsəlman ulduz 450 minə kanalizasiya çəkdirir

"Liverpul" futbolçusu bu məqsədlə 450 min dollar pul ayırıb.
Sputnik

BAKI, 12 may — Sputnik. Misirli futbolçu Məhəmməd Salah doğulduğu Naqriq kəndində kanalizasiya və su xətlərinin çəkilməsi üçün pul ayırıb. Bu barədə Sputnik Azərbaycansports.ru-ya istinadən xəbər verir.

Məlumata əsasən "Liverpul"un futbolçusu bu məqsədlə 450 min dollar pul verib.

Qeyd edək ki, Salah Misirdə gördüyü xeyriyyə işləri ilə də məşhurdur. Daha əvvəl onun ayırdığı maliyyə ilə kənddə idman meydançası tikilib, xəstəxana yenidən qurulub.