CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İTV-nin yeni baş direktoru kimdir - DOSYE

Onun əmək fəaliyyətinin əksər dövrü media-televiziya sahəsi ilə bağlı olub
Sputnik

BAKI, 11 may — Sputnik. Xəbər verdiyimiz kimi, İTV-nin baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib. Azərbaycan İctimai Televiziya və Radio Yayımları şirkətinin (İTV) Yayım Şurasının iclasında bu posta Balakişi Qasımov seçilib.

Bəs Balakişi Qasımov kimdir?

Sputnik Azərbaycan-ın məlumatına görə, Balakişi Ələkbər oğlu Qasımov 20 oktyabr 1978-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə bakalavr dərəcəsini alıb. Eyni universitetin maliyyə ixtisası üzrə magistraturasını bitirib.

İTV Ermənistanın "Eurovision"dan kənarlaşdırılmasını tələb edir

Onun əmək fəaliyyətinin əksər dövrü media-televiziya sahəsi ilə bağlı olub. İTV-nin baş direktoru seçilənə qədər Gametv.az prodüser mərkəzinin rəhbəri vəzifəsində çalışıb. O, eyni zamanda, Azərbaycan Televiziyasında yayımlanan beynəlxalq lisenziyalı “Əlaçı” (“Brainist”), “61!” (“Jeopardy!”), “Breyn-rinq”, "Kim? Harada? Nə vaxt?" verilişlərinin baş prodüseri və rejissoru olub.

Beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosiasiyası tərəfindən 2010-cu ildə ilin adamı seçilib.

2010-cu ilin yekunlarına əsasən, "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülüb.

Ailəlidir, 2 övladı var.